Sahil Babayev şöbə müdirini işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Çingiz Əliyev vəzifəsindən kənarlaşdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə, Abbasbəyli Mustafa Aslan oğlu Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, bu ilin yanvar ayının 21-də Mustafa Abbasbəyli Azərbaycanın Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri təyin edilmişdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR