Bu gün ilk Qədr gecəsidir

Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.

Olaylar.az bildirir ki, ikinci Qədr gecəsi mayın 25-dən 26-na, üçüncüsü 27-dən 28-nə keçən gecəyə təsadüf edir.

Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni mayın 31-dən iyunun 1-nə keçən gecəyə təsadüf edəcək.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR