Alimlər açıqladı: Ən təhlükəli siqaretlər... – Qorxunc nəticə

ABŞ-ın Cənubi Karolina Tibb Universitetinin alimləri siqaretin insan səhhətinə mənfi təsirlərini araşdırıblar.

Araşdırma nəticəsində filtrsiz siqaretlərin insan səhhəti üçün daha təhlükəli olduğu bəlli olub.

Elm adamlarına görə, filtrsiz siqaretlər ağciyər xərçənginə yoluxma riskini iki dəfə artırır.

Hazırda ağciyər xərçənginə yoluxma halının 90%-nin siqaret çəkməklə bağlı olduğu bildirilib. Qeyd edilib ki, xəstəliyə yoluxma ehtimalı siqaretin yüngül, mentol, yaxud ultra-yüngül olmasından asılı deyil.

Araşdırmaya rəhbərlik edən Nina Tomas qeyd edib ki, bir çox insanlar yüngül siqaretlərin təhlükəsizlik olduğunu düşünsə də, bu, həqiqəti əks etdirmir.

55-74 yaş arası, ən azı 30 il siqaret çəkən insanlar arasında aparılan araşdırmanın nəticəsinə görə filtr tətbiq edilməyən siqaretə üstünlük verənlərdə digər aludəçilərlə müqayisədə ağciyər xərçənginə yoluxma riski 40% daha çoxdur. Bu, erkən ölüm riskini də 30% artırır.

Habelə filtrsiz siqaret çəkənlər digərləri ilə müqayisədə daha çox nikotin aludəçisidir.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR