Gənc siyasi ekspert Fuad Heydər  FUAD ABBASOV üçün xalqa və  prezidentə səsləndi

Əziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəm. Məsələ budur ki, Fuad Abbasov Rusiyada güclü erməni lobbisinin təsirindən sonra həbs edilib. Biz ona necə kömək ola bilərik ? Çox gözəl bilirik ki, Cənab Prezident sosial mediada gündəmdə olan məsələləri diqqətdə saxlayır. Bunu nəzərə alaraq ən az gün ərzində 2 3 paylaşım edib Fuad Abbasov məsələsini trend edə bilərik,məsələ həllini tapana qədər bunu davam etdirə bilərik. Bizdən çox Rusiyada yaşayan Azərbaycanlılar bu məsələdə həssas olmalıdır. Onlar çünki ona daha yaxındır. Biz burda onlar orda yumruq olub bu məsələni həll etməliyik. Azərbaycanın mərd oğlu konfransda erməni bayrağını zaldan çıxaranda həmin videonu hamı fəxrlə paylaşırdı,igid oğul yazırdı. İndi həmin oğula kömək lazımdır və biz bunu etməliyik. Və ən sonda qəhrəman xalqıma və Cənab Prezidentə səslənirəm inanıram ki bu məsələni birlikdə həll edəcəyik. Gənc siyasi eksper Fuad Heydər 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR