Nigar Camal DNT analizi verdi — “Görək ulu nənə, babalarım hansı hoqqalardan çıxıb”

Azərbaycana "Avroviziya" mahnı müsabiqəsində qələbə gətirənlərdən biri Nigar Camal da həmkarı Eldar kimi DNT analizi verib.

"Ölkə.Az" xəbər verir ki, müğənni bu barədə İnstaqram səhifəsində məlumat verib.

İfaçı analizin cavabının 4 həftədən sonra məlum olacağını da qeyd edib:

"Eldarın cavabları bəllidir. İndi sıra məndədir, görək, genetikam məni haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqalardan çıxıblar... Bunların hamısını biləcəyik".

Xatırladaq ki, DNT analizi "Eurovision- 2019"un sponsorlarının təklifi ilə hazırlanıb.   Buna səbəb sənətçilərin hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR