DGK Akademiyasında dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Mayın 23-də Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub. Hazırlıq təlimlərində Akademiya heyətinin üzvləri və 37 dinləyici iştirak edib. Komitədən "Olaylar"a bildirilib ki, dinləyicilər tədris planı və proqramına uyğun olaraq Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetirib, daha sonra təhlükəsizlik qaydaları, atışın şərtləri və digər təlimatlarla yaxından tanış olublar. 9 MM Makarov tipli tapançadan atış qaydalarını məşq edən dinləyicilər praktiki atış çalışmalarını icra ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR