Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin məhsulları təqdim olunub

Bu gün Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkədə
akkreditə olmuş səfirliklərin Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının,
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət
Şirkəti və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə
Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında "Dad Planeti"
qastronomiya tədbiri keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Fransada
akkreditə olmuş səfirliklər ölkələrinin ərzaq məhsullarını təqdim ediblər. Səfir
Rəhman Mustafayev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, kənd
təsərrüfatı və milli qastronomiya sahələri hər bir millətin mədəniyyətinin
təcəssümüdür. Kənd təsərrüfatının iqtisadiyyatımızın şaxələndirilməsi
strategiyasının prioritet istiqamətlərindən olduğunu diqqətə çatdıran Rəhman
Mustafayev qeyd edib ki, ölkəmiz tarixən müxtəlif dinləri və mədəniyyətləri
özündə birləşdirməsi ilə fərqlənib. Azərbaycanın çox zəngin tolerantlıq və
multikulturalizm ənənələri var. O, iştirakçılara Bakıda keçirilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də ölkəmizin Qoşulmama Hərəkatına sədrlik
edəcəyi barədə də məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR