Nəsimi rayon könüllülərinə sertifikatlar təqdim edilib

Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Nəsimi
rayon Könüllüləi ilə görüş keçirilib. "Olaylar" xəbər verir ki, görüşdə Nəsimi
rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirib ki, dövlət orqanlarında
gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün
sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini
aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ
potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını
inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə
əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş
təşviq edilməsinə başlanmışdır. Ölkə başçısı İlham Əliyevin göstəriş və
tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra
olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin
ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və Könüllülərimizin
fəaliyyətinin çox önəmli olduğunu bildirərək "Azərbaycan gəncliyi 2017-2021-ci
illərdə" Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha
geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırdı. Qeyd olundu
ki, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı
idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün deyil. Asif Əsgərov
bildirdi ki, Nəsimi rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmuş
gənclərdən 4 nəfəri müvafiq işlə təmin olunmuşdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR