Azərbaycan qadın zorakılığı ilə bağlı Avropa Konvensiyasına qoşulacaq

"Yaxın vaxtlarda Azərbaycan "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" Avropa Şurasının İstanbul Konvensiyasına qoşulacaq". "Olaylar"ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. H.Hüseynova bildirib ki, ölkə rəhbərliyinin xüsusi tapşırığı ilə konvensiya ilə bağlı bir çox addımlar atılıb:"Azərbaycan uzun müddətdir ki, konvensiya ilə bağlı mövqeyini bildirirdi. Orada bir çox məsələlər var idi ki, o baxımdan bütün qanunvericilik sistemini dəyişməliyik. Biz buna ciddi yanaşma göstərdik. Bütün ölkələr konvensiyaya qoşulub. Azərbaycan da kənarda qala bilməz".

Komitə sədri qeyd edib ki, sığınacaqların olması, "qaynar xətt"yaradılması üçün imkanlar yaradılmalıdır: "Bu, o qədər də asan deyil. Hər dəfə müəyyən problemlər yaranır. Məişət zorakılığının qarşısının alınması üçün yerlərdə monitorinq qrupları yaradılıb. Əsas məqsədimiz bu qruplarla problemlərin qarşısının alınmasına çalışmaqdır".

Deputat: "Qadın zorakılığı cəmiyyətin təhlükəsizliyini şübhə altında qoyur"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR