Deputat: "Qadın zorakılığı cəmiyyətin təhlükəsizliyini şübhə altında qoyur"

"Qadın zorakılığı təkcə ailənin fəaliyyətini iflic etmir, həm də cəmiyyətin təhlükəsizliyini də şübhə altında qoyur"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələri komitəsinin sədri Aqiyyə Naxçıvanlı deyib. A.Naxçıvanlı bildirib ki, məişət zorakılığı ilə bağlı qanunvericiliyimiz mükəmməl və beynəlxalq hüquq normalarına uyğundur: "2014-cü ildə Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyası bütün Avropada və ondan kənarda zorakılığın qurbanı olan milyonlarla qadına güclü siqnal göndərir. Bu konvensiya bir baxımdan islahat xarakteri daşıyır. Bir tərəfdən qadınlara qarşı zorakılığın insan hüquqlarının pozulması və ayrı seçkiliyin bir forması kimi tanıyır. Düşünürəm ki, ölkəmizin də bu konvensiyaya qoşulması mühüm addım olardı".

Deputat qeyd edib ki, zorakılıq məruz qalmış qadınlar üçün "qaynar xətt"in yaradılmasına ehtiyac var: "Buna vəsaitin ayrılması üçün parlamentdə 2019-ci il büdcəsinin müzakirəsində məsələ qaldırmışam. Hesab edirəm ki, bu zorakılıq problemlərinin aradan qaldırılması üçün effektiv nəticə verəcək. Həmin şəxs sığınacaq mərkəzləri və hüquqları ilə bağlı məlumat ala bilər". Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələrinə dair məlumatlar tanış olduğunu deyən deputat təkliflərini də səsləndirib: "Məlumat 2017-ci ili əhatə edir. Düşünürəm ki, 2017-cu ildəki statistika ilə 2020-ci ilin proqnozunu vermək çətin olardı. İqtisasi nəticələri verərkən son 3 ilin nəticələrini də vermək olardı. Biz bilərdik ki, tendensiya azalmaya ya artmaya doğru gedir. Yaxşı olardı ki, məlumatda zorakılıq qurbanları üçün sığınacaq mərkəzlərinin yaradılması və onlara ayrılan xərclər də göstərilsin. Biz də parlamentdə çıxış zamanı deyərdik ki, sığınacaqların yaradılması üçün nə qədər vəsait lazımdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR