Azərbaycanlı müstəntiq qızın dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR – FOTO

Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı azərbaycanlı Əliyeva Aysel Nəbi qızının meyiti tapılıb.

Qızın meyiti çaydan tapılıb.

Qeyd edək ki, leytenant rütbəsi olan Aysel Əliyeva Rusiyanın Novokuznetsk şəhərində "Zavodski" polis bölməsində müstəntiq işləyib.

Məsələ ilə bağlı Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov  bildirib ki, ilkin ehtimala görə qıza intihar edib.

"Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi.

Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb", - deyə, F.Qasımov bildirib.

İcma lideri qeyd edib ki, A.Əliyeva bir müddət əvvəl nişanlanıb:

"Aysel bir müddət əvvəl idmançı bir oğlana nişanlanıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi isə qızın ailəsini məhkəməyə verməyə hazırlaşır. Ehtimal edilir ki, ailə qızı zorla nişanlayıb və o da buna görə intihar edib". 
 

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR