Adamyeyənlərin arasında olan azərbaycanlı indi də Everesti fəth edir - FOTO

Azərbaycanlı alpinist Vadim Vokryaçkonun planetin ən yüksək zirvəsinə yüksəlişini izləməyə davam edirik.

Bundan əvvəl Oxu.Az onun əvvəllər fəth etdiyi zirvələr və adamyeyənlərin kəndində (vəhşi papuas tayfası) olması barədə yazmışdı.

Hazırda V.Vokryaçkonun yer aldığı ekspedisiya 6400 metr yüksəklikdə olan baza düşərgədə qərarlaşıb.

Everestə rəsmi ekspedisiya aprelin 15-də Tibetin (Çinin Tibet muxtar bölgəsi) paytaxtı Lhas şəhərindən başlayıb.

"Baza düşərgəsində keçirdiyimiz ilk günlərdəcə akklimatizasiya çıxışlarına başladıq. Yüksəkliyə öyrəşməklə bağlı çətinliklər, yüksəklik öskürəyi və ötüb-keçməyən yorğunluğa rəğmən, burada bir çox maraqlı şeylərə fikir verməyə başlayırsan", - deyə alpinist bildirib.

O, maraqlı şeylərə misal kimi əksər Tibet kişilərinin qulaqlarında kifayət qədər iri bəzək əşyalarının olduğunu deyib.

"Bu bəzək əşyalarının təyinatı ilə bağlı sualıma kifayət qədər uzun cavab aldım. Sən demə, belə bəzək əşyalarının bir neçə növü və (taxılma) səbəbi ola bilər: o, həm şər qüvvələrdən hifz edən amuletdir, həm gələcəkdə uğursuz reinkarnasiyadan qoruyur, həm də cehizdir", - deyə V.Vokryaçko bildirib.

Tibet və Nepalın qədim ənənələri bir neçə qardaşın bir qadınla evlənməsinə icazə verir. Bu, kəskin zərurətdən irəli gəlir. Ailəyə məxsus məhsuldar torpaq sahələrinin bölünməməsi üçün belə edilir.

Bu olan halda (qulaqda) hansısa bəzək əşyası şəklində olan cehizi qardaşlar gətirir. Şəhərlərdə bu ənənələr tarixə qovuşsa da, kənd yerlərində hələ də yaşayır və inkişaf edir.

İlk akklimatizasiya çıxışındaca alpinistlər yaklarla (Tibet öküzləri) dostlaşdılar. Everesti fəth etməyə çalışan alpinistin həyatını bu zəhmətkeş və tələbkar olmayan heyvanlarsız təsəvvür etmək çətindir. Yaklar sərt yamaclara qalxa, sıldırım qayalarda və səpələnən daşları olan ərazilərdə yaxşı manevr edə bilir.

Sadiq heyvanlardır, belə ki, onları dar cığıra salıb, bir neçə dəqiqəlik dincəlmək üçün kənara çəkilsən belə, harasa çıxıb gedən deyillər.

"Yerli sakinlər bizim "gözümüzü açdı". Sən demə, yaklar bu heyvanın erkəklərinə deyilir. Dişilərini isə nyaklar adlandırırlar. Südə elə bu səbəbdən nyançe deyilir. Ekspedisiyanın qadın üzvləri hətta zarafat edirdilər ki, "nyaşka" sözünü heç də həmişə kompliment məqsədilə istifadə etmək olmaz", - deyə V.Vokryaçko söyləyib.

Baza düşərgəsinə gələn andan yüksəlişə qədər azı bir ay vaxt gedir. Çoxsaylı akklimatizasiya çıxışları - əvvəl gecələmək şərtilə "Middle camp"a (5800 metr), ardınca "Advanced Base Camp" ön baza düşərgəsinə (6400 metr), onu, adətən, qısa olaraq ABC adlandırırlar, daha sonra gecələmək şərtilə Everestin Şimal Yəhərinə çıxış -  (gecələmələr hesaba alınmaqla) təxminən iki həftə çəkir.

Daha sonra bütün alpinistlər baza düşərgəsində istirahət edir, əlverişli hava pəncərəsinin açılmasını səbirsizliklə gözləyirlər. Qrupun rəhbərləri gün ərzində bir neçə dəfə zirvədə və yüksək düşərgələrin olduğu rayon üzrə hava proqnozunu yeniləyir. Söhbət 5-7 gün sonrakı hava şəraitindən gedir, ona görə də proqnozlar tez-tez və bəzən radikal şəkildə dəyişə bilir.

İstənilən alpinist qrupunun yüksəlişə başlamasında "yaşıl işıq" ardıcıl bir neçə günlük əlverişli hava şəraitinin olacağı haqda proqnoz olur. Habelə "starta" göstəriş verməzdən əvvəl ekspedisiya rəhbəri qəlbinin səsini (intuisiya) də dinləməlidir. Bundan başqa, çinli xüsusi alpinist qrupu zirvəyə qədər yeni sürahilərin (kəndirlər) qurulduğunu təsdiqləməlidir.

Qoruyucu kəmərlər (sürahilər) Everestdə təhlükəsizlik baxımından vacib elementdir və onu hər il yeniləməli olurlar. Zirvəyə doğru "hücum" (bir iki gün artıq-əskiyi ola bilər), adətən, altı gün çəkir.

Alpinistlər 5200, 5800, 6400, 7000, 7700, 8300 metr yüksəkliklərdə yerləşən düşərgələrdən ötüb keçir. 8300 metrlik düşərgədən yüksəliş, adətən, gecə yarısına qədər başlanılır. Məqsəd günəşin ilk şəfəqlərini artıq zirvədə qarşılamaq və yüksəlişin ən çətin hissəsini işıqlı saatlarda keçməkdir.

Eniş elə ədalətli olaraq Everestə dırmanmanın ən çətin və təhlükəli elementi hesab olunur. Çünki yorğun və taqətdən düşmüş vəziyyətdə saatlar ərzində sayıqlığı və hərəkət etmə bacarığını qoruyub-saxlamalı olursan.

Qeyd etmək lazımdır ki, 8300 metrlik düşərgədən zirvəyə yüksəlmə anından ABC düşərgəsinə qayıdışa qədər daha çox vaxt gedir. Alpinistlər dağda belə yorucu və uzun işə hazır olmalıdırlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR