Bakıda pedofil saxlanıldı – 10 yaşlı oğlanı zorlayıb

Bakının Binəqədi rayonunda pedofil saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "oxu.az"a rayonun Polis İdarəsindən məlumat verilib.

Beşinci Polis Bölməsinin əməkdaşları 33 yaşlı Kürdəmir rayon sakini A.Əbilovu saxlayıb.

O, mayın 21-də axşam 20:00 radələrində 10 yaşlı oğlanı tovlayaraq, 3026-cı məhəllədə yerləşən şadlıq evinin arxasında zorlamaqda ittiham olunur.

Pedofili çevik polis alayının əməkdaşları şahidlərin köməyi ilə saxlayıb.

Hazırda saxlanılan şəxsin başqa oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır. 
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR