Elkaponinin 100 minlik arzusu “suya düşdü” - QƏRAR

Bu gün Nərimanov Rayon Məhkəməsində iş adamı Frenk Elkaponinin Axar.az saytına qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin sözügedən işlə bağlı yekun rəyi açıqlanıb.

Ekspertizanın rəyinə əsasən, saytımızda "Erməni milyarder edir, Elkaponi isə "meydan oxuyur" və "Elkaponi xahiş etdi, ardınca inanılmaz addım atdı" başlığı altında yayımlanan məqalələrdə Frenk Elkaponi Naxçevanskinin şərəf və ləyaqətini alçaldan hər hansı söz və ifadələrdən istifadə edilməmişdir.

Bununla da Frenk Elkaponinin Axar.az saytına qarşı qaldırdığı iddianın əsassız olduğu sübuta yetirilmiş sayılır.

Nərimanov Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə davam edən proseslə bağlı iyunun 12-də qərar elan ediləcək.

Qeyd edək ki, Frenk Elkaponi Naxçevanski Axar.az-da "Erməni milyarder edir, Elkaponi isə "meydan oxuyur" və "Elkaponi xahiş etdi, ardınca inanılmaz addım atdı" başlığı altında yayımlanan məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən milyarder məqalənin dərc olunduğu səhifədə, həmin yerdə və həmin ölçüdə təkzib verilməsi, yazıların internet səhifəsindən silinməsi və üzr istənilməsi, xəbər portalından dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat tutulmasını tələb edirdi.

Sözügedən məqalələrdə qarşı tərəfin şərəf və ləyaqətin təhqiri ilə bağlı bircə cümlə, söz və ya ifadə təqdim edə bilmədikləri üçün Axar.az saytını təmsil edən Anar Niftəliyev məqalələrin ekspertizaya göndərilməsi ilə bağlı vəsatətlə çıxış etmiş və qarşı tərəfin iddiasının rədd edilməsini xahiş etmişdi.

publika

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR