“Sosial şəbəkələr ideoloji işin aparılmasında mühüm təbliğat vasitəsidir”- Pirallahıda şura iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası keçirilib.

Olaylar.az xəbər verir ki, iclasda YAP Pirallahı rayon təşkilatının Şura, İdarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov iclasın gündəliyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. İclasın gündəliyi səsvermə yolu ilə qəbul edildikdən sonra müzakirələrə başlanılıb.Gündəlikdə duran birinci məsələ sosial şəbəkələrdə fəaliyyətlə bağlı olub. Sədr bildirib ki, sosial şəbəkələr ideoloji işin aparılmasında mühüm təbliğat vasitəsidir.

Gündəlikdə duran ikinci məsələ - mədəni-kütləvi tədbirlərin keçirilməsi bağlı olub. Bu məsələdə xüsusi iradlarını bildirən Hikmət Şikarov qarşıdan gələn "28 May - Respublika Günü" və "15 İyun - Milli Qurtuluş Günü" münasibətilə ərazi ilk partiya təşkilatlarında keçiriləcək tədbirlərin KİV-dəv işıqlandırılması barədə göstəriş verib.

Gündəlikdə duran üçüncü məsələ üzrə ərazi ilk partiya təşkilatlarının fəaliyyəti və partiya sıralarına yeni üzvlərin cəlb olunması ilə bağlı kəskin iradlarını bildirən sədr partiya fəaliyyətində qeyri-fəallıq nümayiş etdirən bir neçə ərazi ilk partiya təşkilatı sədrinə xəbərdarlığını çatdırıb.

Gündəlikdə duran dördüncü məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəaliyyəti ilə bağlı olub. "Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır", deyə qeyd edən Hikmət Şikarov vurğulayıb ki, ölkəmizdə gənc nəslə qoyulan investisiya Azərbaycanın parlaq gələcəyinin təminatıdır.

İclasda qonaq qismində iştirak edən Pirallahı RİH-nin başçısının müavini Anara Hacıbəyli Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatına gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edib. İclasın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR