Səmərəli və effektiv rəqəmsal kitabxanalar

AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu, İnformascop və MUROMA şirkətləri "Səmərəli və effektiv rəqəmsal kitabxanalar" mövzusunda birgə tədbir keçirib.

Olaylar.az xəbər verir ki, MEK direktoru Leyla İmanova XXI-ci əsrdə informasiya artımının sürəti və həcmi, kitabxanaların üzərinə düşən elmi informasiyanın emalı və inteqrasyası, server həcmi, kiber-təhlükəsizliyi, interqasiya şərtləri və başqa problemləri səsləndirib.

AzKİK-nin direktoru və MEK İnnovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifova isə konsorsiumun fəaliyyəti, gələcək perspektivləri haqqında danışıb.

Türkiyənin İnformascope şirkətinin direktoru Kıvanc Çinar "Rəqəmsal yayım və kitabxana texnalogiyaları" mövzusunda geniş təqdimat keçirib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

MUROMA şirkətinin nümayəndəsi İltifat İbrahimov təmsil etdiyi şirkət və xidmət göstərdikləri sahələr barədə ətraflı məlumat verib.

Akademik qurumların kitabxana nümayəndələrinin iştirak etdiyi tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR