Pedaqoji mühazirələrin paytaxt üzrə qalibləri müəyyənləşib

"Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin qalibləri bəlli olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, şəhər mərhələsinin seçim turunda paytaxtın 12 inzibati rayonu üzrə 65 pedaqoji mühazirə dinlənilib.

Mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn ən uğurlu 15 mühazirə müəyyənləşdirilərək ölkə üzrə seçimlərdə iştirak etmək hüququ qazanıb.

Müəllimlərdən də bir neçəsi pedaqoji mühazirələrin şəhər mərhələsinin qalibləri olub.

Qeyd edək ki, pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR