20 ölkədən 70-dən çox iştirakçı Bakıya gələcək

Mayın 24-də "Elektra Events Hall" da Gənclər və İdman Nazirliyi tərəfindən,  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "Qızıl Qala" Prodakşının birgə təşkilatçılığı ilə "Həmişə gənc ol!!!" şüarı altında "YOUTHVİSİON" Beynəlxalq Mahnı Müsabiqəsi baş tutacaq. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, 2016-cı ildən keçirilən müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Azərbaycanı müsabiqədə "Tələbə-baharı" tələbələrin yaradıcılıq müsabiqəsinin pop nominasiyasının qalibi Nadir Rüstəmli (Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi)  təmsil edir. 

Müsabiqədə ilk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq.  Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir. I-yer 3000, II-yer 2000, III yer 1000 manatdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR