Sabunçu bazarında yanğın - Foto

Sabunçu qəsəbəsində yerləşən bazarda yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu gün Sabunçu bazarındakı mağazalardan biri yanıb.

Plastik qapı və pəncərə satılan mağazada baş verən yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Hadisə yerinə gələn FHN əməkdaşları yanğının yaxınlıqdakı kafeyə və mağazalara keçməsinin qarşısını alıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR