Qalib məktəblilər mükafatlandırıldı

May ayının 20-sində TOPs layihəsinin 5-ci mövsümündə Bakı şəhəri Nizami rayon 220 saylı məktəb liseydə "İdman Festivalı " keçirilib.
İdman Festivalında inklüziv təhsil alan şagirdlər də daxil olmaqla ümumilikdə 250 nəfərə yaxın şagird iştirak etmişdir. "İdman Festivalı"nda şagirdlər müxtəlif idman fəaliyyətlərindən ibarət olan estafetlərdə öz bacarıqlarını nümayiş etdirmiş və musiqili əyləncəli proqramlarla çıxış etmişlər. Festivalda uşaqların çıxışlarını Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan və Britaniya Səfirliyinin nümayəndələri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "İnkişaf Naminə İdman" İctimai Birliyinin rəsmiləri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.
Məktəb liseyin fiziki tərbiyə müəllimi Gülyana Özcan bildirib ki, TOPs proqramı sayəsində artıq inklüziv siniflərdə təhsil alan bütün şagirdləri fiziki tərbiyə dərslərinə asanlıqla cəlb etmək, onların aktiv iştirakını təmin etmək olur. Bu, həm Azərbaycan müəlliminin, həm də TOPs proqramının uğurudur".
Festivalda qalib və mükafatçılara Diplom və Kuboklar təqdim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR