Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 10 gün ərzində veriləcək

Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə alınan dövlət rüsumları artırılır."Olaylar" xəbər verir ki, bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təklif edilib. Hazırda əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 20 günə verilir. Dəyişiklikdə iş icazəsinin 10, 15 və 20 iş günü müddətində verilməsi təklif olunur və müvafiq dövlət rüsumları müəyyənləşir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR