Bögələrdə şeytanqanqallı və gicitkən kəpənəkləri yayılıb

Cari ildə Respublika ərazisində hava şəraitinin yağmurlu keçməsi Gicitkən kəpənəyinin (Aflais uzticae) və Şeytanqanqalı kəpənəyinin (Vanessa cardui) geniş arealda yayılmasına şərait yaradıb. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, artıq son günlər Ağdam, Ağcabədi, Yardımlı, Cəlilabad, Şəmkir, Samux rayonlarının ərazilərində adı çəkilən kəpənəklərin tırtıllarının yayıldığı müşahidə olunmaqdadır. Ümumi adı küllük kəpənəkləri kimi qeyd olunan bu zərərvericilərin geniş ərazilərdə yayıldığı  və tırtıllarının artıq pup mərhələsinə çatdığı məlum olub. 

Bu kəpənəklər əsasən şeytanqanqallı, gicitkən, türpəng kimi alaq otları yayılmış sahələrdə (yol, meşə və əkin sahələrinin kənarlarında, çəmənliklərdə, yamaclarda, su hövzələri yaxınlığında və s.) qidalanaraq geniş əraziləri sirayətləndirib.Yaxşı miqrasiya etmək qabiliyyətinə malik olan kəpənəklər miqrasiyadan əvvəl birləşərək bəzən sayı minlərlə olan böyük sürülər əmələ gətirirlər. Əsasən də iki istiqamətdə - yazda cənubdan şimala, payızda şimaldan cənuba miqrasiya edirlər. Yaz aylarından başlayaraq payıza qədər uçmaq qabiliyyətinə malik olan kəpənəklər dağlıq ərazilərdə dəniz səviyyəsindən 2500-3000 metr hündürlükdə də uça bilirlər. Dünyada ən çox Yaponiyada geniş yayılıb. Rusiya, Ukrayna, Belarusiya, Moldova, Qafqaz və Qazaxıstanda da rast gəlinir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR