“Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda təlim keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA Hüquq və İnsan Haqları İnstitutu Hüquq məsələlərinin müqayisəli təhlili şöbəsinin elmi işçisi Səid Musayevin təqdimatında "Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək" mövzusunda seminar təşkil olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki,Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq, İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü nəzərə çatdırıb. Mövzunun, həmçinin din tarixinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Yəhudiliyin ölkə ərazisində qədim tarixə malik olduğunu bildirən İ.Əlimuradov Azərbaycan cəmiyyətinin dünyada multikulturalizm və tolerantlıq nümunəsi olduğunu qeyd edib.

AMEA Hüquq və İnsan Haqları İnstitutu Hüquq məsələlərinin müqayisəli təhlili şöbəsinin elmi işçisi Səid Musayev "Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək" mövzusunda məruzə ilə çıxış edib. Avropada yəhudi icmasının həyat tərzi və onların üzləşdikləri problemlər haqqında ətraflı danışıb.

Seminarda, həmçinin qeyd olunub ki, ölkəmizdə məskunlaşan yəhudilər xasidilik dini-siyasi axınından və reformistlikdən uzaqdırlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR