Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev sabah ölkəmizə səfər edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından   verilən məlumata görə, A.Sergeyev və rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında olacaq.

Sabah səfər çərçivəsində hər iki akademiya arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş imzalanacaq.

Qonağın bir sıra yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR