Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda Forum keçirilib.  "OLAYLAR" xəbər verir ki,  bu formatda ilk dəfə olaraq təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının yanında fəaliyyət göstərən ictimai şuraların sədrləri və üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Forumda dövlət qurumlarının fəaliyyətinə və onlar tərəfindən qəbul edilən qərarların səmərəliliyinə ictimai nəzarətin təmin edilməsinin əhəmiyyəti, bu sahədə ictimai şuraların fəaliyyətinin önəmi vurğulanıb, müxtəlif dövlət strukturlarının, xüsusilə də sahibkarlarla işləyən qurumların yanında fəaliyyət göstərən ictimai şuraların işi barədə məlumat verilib, kiçik və orta biznesin inkişafında ictimai şuraların rolunun artırılması məsələləri müzakirə edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR