Yeni ekoturizm konsepsiyası hazırlanır

"Ölkəmizdə hazırki və növbəti illər üçün prioritetlərdən biri ətraf mühitin mühafizəsi və yerli əhalinin rifah halını yaxşılaşdırmaq, onun tələblərini qarşılamaq üçün potensiala malik olan davamlı ekoturizmin inkişaf etdirilməsidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev səsləndirib. O, qeyd edib ki,  ekoloji turizm - dünya turizm sənayesinin ən sürətli inkişaf edən sahələrindən biridir: "Ekoloji turizm istirahət məqsədi ilə istifadənin yeni forması olmaqla yanaşı, təbiətdən zövq almaq, rekreasiya ehtiyatlarından düşünülmüş şəkildə istifadə etməyi, bioloji müxtəlifliyin qorunmasını təbliğ etməklə, həm də turizm fəaliyyətinin dayanıqlılığını tələb edir. Ekoturizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi ilə birlikdə beynəlxalq ekspertlərin dəstəyi ilə yeni ekoturizm konsepsiyası hazırlanır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR