Ölkədə 10 milli park, 11 dövlət təbiət qoruğu fəaliyyət göstərir

"Hazırda  xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 10,3 faizinə çatdırılıb". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki,  ölkədə 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Nazirin sözlərinə görə,  "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya" çərçivəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2018-ci ildə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında Qızılağac Milli Parkı yaradılıb: "Bu ildən etibarən Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması işlərinə başlanılacaq".

İçməli sudan təyinatına uyğun olmayaraq səmərəsiz istifadə edilir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR