Tələbələr arasında intellekt olimpiadası keçirilib

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və "Bank of Baku"nun baş sponsorluğu ilə "Tələbələrarası intellekt olimpiadası" layihəsinin Final mərhələsinə yüksələn tələbələrin adı məlum olub. "OLAYLAR" xəbər verir ki, Heydər Əliyevin 96-cı il dönümünə və Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş olimpiadanın final mərhələsinə 450 nəfər vəsiqə qazanıb.

Layihənin reqlamentinə əsasən ilk turda bütün universitet tələbələri öz ali təhsil müəssisələrində biliklərini yoxlayıblar. 23 universitetdən 10254 nəfərdən fərdi şəkildə yarışaraq, 100 dəqiqə ərzində IQ, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırıblar. Final mərhələsi fərqli reqlamentdə keçiriləcək. Fərdi yarışda onlar Azərbaycan tarixi, Ulu öndər Heydər Əliyev həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhüriyyəti tarixi , dünyagörüşə əsaslan açıq tipli sualları cavablandıracaqlar. Yekun mərhələ iyun ayının 1-də keçiriləcək. Layihənin mükaftalandırma mərasimi iyun ayının 15 -də keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR