İçməli sudan təyinatına uyğun olmayaraq səmərəsiz istifadə edilir

"Dinamik iqtisadi inkişafla əlaqədar ölkədə kifayət qədər iri su istifadəçiləri yaranıb ki, onların da fəaliyyət sahəsində içməli sudan təyinatına uyğun olmayaraq səmərəsiz istifadə və israfçılıq hallarına yol verilir". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri ekologiya  və təbii sərvətlər naziri Muxtar Babayev səsləndirib. O, qeyd edib ki, içməli su təchizatı sisteminin təkmilləşdirilməsi və suvarma kanallarının rekonstruksiyası istiqamətində aparılan genişmiqyaslı işlərə baxmayaraq hələ də bu sahədə çox böyük miqdarda su itkisi mövcuddur: "Belə ki, təbii mənbələrdən götürülən suyun istehlakçıya çatdırılması prosesində böyük itkiyə yol verilir ki, bu da az su ehtiyatlarına malik olan ölkəmiz üçün böyük rəqəm hesab olunur. Hazırda ölkəmizdə su qıtlığının qarşısının alınması məqsədi ilə yeni alternativ su mənbələrinin yaradılması istiqamətində müvafiq işlər həyata keçirilir. Su istehlakçılarının təlabatının tam ödənilməsi məqsədilə əlavə müxtəlif tutumlu yeni su anbarlarının yaradılması ölkənin su təhlükəsizliyində mühüm rol oynaya bilər. Yaxın gələcəkdə alternativ su mənbələrinin axtarışı, yağış sularından istifadə olunması, dəniz suyunun duzsuzlaşdırılması, sudan təkrar istifadə kimi amillər də nəzərə alınmalıdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR