Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edildi

Mayın 20-də "Fairmont Baku" mehmanxanasında "Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi" mövzusunda tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı Azərbaycanın məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. Çünki islahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir: "Dövlət başçısının imzaladığı bu Fərman məhkəmə-hüquq sistemininin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur.  Fərmanla Azərbaycanda sahibkarların şikayətlərinin daha çevik həll edilməsi, qərarların icrasının daha sürətli həyata keçirilməsi üçün özəl icra qurumunun yaradılması nəzərdə tutulur. Eyni zamanda elektron məhkəmə sisteminin əhatə dairəsi genişləndiriləcək, məhkəmə işlərinə baxılmasında elektron resurslardan istifadənin səviyyəsi yüksələcək, elektron imzanın tətbiqi sahələri artırılacaqdır. Bununla yanaşı, vergi, gömrük, sosial sığorta ödənişləri üzrə ixtisaslaşmış məhkəmələrin, sahibkarlıq subyektləri ilə bağlı məhkəmə mübahisələri üzrə alternativ həll mexanizmlərinin - Arbitraj, Mediasiya institutlarının tətbiqi mübahisələrin həllində çevikliyi artıracaq. Nəticədə proseslərin müddətinin uzadılmasının qarşısı alınacaq və şikayətlərə baxılma müddətləri azalacaq. Hazırda məhkəmələrin iş yükü çoxdur və yeni  altertaniv mexanizm və ixtisaslaşmış məhkəmələrin yaradılması bu iş yükünün azalması və daha qısa müddətdə, ixtisaslaşmış hakimlər tərəfindən baxılmasına imkan verəcək. Sabit məhkəmə praktikasnın formalaşdırılması isə hüquq sisteminə inamın güclənməsinə səbəb olacaq".

Hazırda məhkəmələrin iş yükü çoxdur

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR