İlahiyyat İnstitutu regionlardakı təhsil müəssisələri ilə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) heyəti orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Zaqatala rayonuna səfər zamanı Bakı İslam Universitetinin (BİU) Zaqatala filialında və Əliabad İslam Kollecində müəllim və tələbə kollektivi ilə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, BİU-nun Zaqatala filialının direktoru Malik Bilalov İnstitutun heyətini salamlayaraq, onları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Filial haqqında geniş məlumat verən M.Bilalov tədris prosesi, keçirilən fənlər barədə danışıb. Sonra İnstitut heyəti dərs prosesi ilə tanış olub, tələbələrlə söhbətlər aparıb.

Əliabad İslam Kollecində müəllim və tələbə heyəti ilə görüş zamanı təhsil müəssisəsinin direktor müavini Səməd Vahabov tələbələrə Aİİ haqqında məlumat verib. Vurğulayıb ki, dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında dini maarifləndirmə böyük əhəmiyyət kəsb edir.

Aİİ rektoru Ceyhun Məmmədov müəllim və tələbələri salamlayıb, kollecdə olmaqdan məmnunluğunu ifadə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR