Bakı məkəblisi beynəlxalq rəsm müsabiqəsinin qalibi olub

Paytaxt məktəblisi beynəlxalq rəsm müsabiqəsində uğurla iştirak edib. "OLAYLAR" xəbər verir ki, Bakı şəhəri 46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rauf Məmmədov Moskva şəhərində keçirilən uşaq rəsm müsabiqəsində I yerə layiq görülüb. Gənc rəssam Rauf Məmmədov müsabiqəyə Aleksandr Belyayevin "Amfibiya adam" əsərinə çəkdiyi rəsmlə qatılıb.

Qeyd edək ki, 1943-cü ildən başlayaraq hər il Moskvada keçirilən rəsm müsabiqəsi artıq ənənəyə çevrilib. Müsabiqəyə ümumilikdə 2019-cu ilin yazıçı-yubilyarların əsərlərinə çəkilmiş 400-dən çox rəsm təqdim edilib. Müsabiqədə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Qırğızıstanın gənc rəssamları iştirak ediblər. Azərbaycandan Bakı Şəhər Mədəniyyət İdarəsinin Yasamal Rayon Mərkəzləşmiş Kitabxana sisteminin təşkilatçılığı ilə müsabiqədə iştirak üçün təqdim edilən 8 rəsmdən 4-ü münsiflər heyəti tərəfindən ən yaxşı rəsmlər siyahısına daxil edilərək albomda nəşr olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR