Xanbabayevanın evinin əlindən alınmasına bankdan cavab

"Bank of Baku"nun Zülfiyyə Xanbabayevanı məhməkəyə verməsi, həmçinin evini əlindən alması ilə bağlı yayılmış xəbər həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu xalq artisti Zülfiyyə Xanbabayevanın "Bank of Baku" tərəfindən məhkəməyə verilməsinə münasibət bildirən bankın reklam və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Cumayeva qeyd edib.

Bank rəsmisi Zülfiyə Xanbabayevanın banka kredit borcunun olmadığını qeyd edib:

"Xəbərdə qeyd edilən iddialar heç bir əsası olmayan, tamamilə yanlış məlumatdır. Zülfiyyə xanımın bankımızda heç bir kredit öhdəliyi yoxdur.

Yanlış xəbəri tirajlayan media nümayəndələrindən məlumatı təkzib etmələri və bu kimi məlumatları yaymazdan öncə daha diqqətli olmaları, məsul şəxslərlə əlaqə saxlayıb dəqiqləşdirmə aparmaları xahiş olunur".

Qeyd edək ki, news24.az saytı "Bank Of Baku"nun ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verməsi və bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızının da olması barədə məlumat yayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR