Xidmətə yeni qəbul olunan DGK əməkdaşları təcrübə keçiblər

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunan əməkdaşlar üçün növbəti təcrübə proqramı təşkil olunub. Komitədən "Olaylar"a bildirilib ki, xidməti fəaliyyətləri zamanı tələb olunan zəruri bilik və bacarıqların öyrədildiyi, peşə vərdişlərinin aşılandığı, təcrübəli və peşəkar əməkdaşların cəlb olunduğu təcrübə proqramında 20-dən çox gənc mütəxəssis iştirak edib.Üç gün müddətində yeni əməkdaşlar gömrük qanunvericiliyinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, iş bölgüsü ilə tanış olmaqla yanaşı, təcrübəli mütəxəssislərlə birgə gömrükçülərin gün ərzində icra etdikləri sənədləri tərtib ediblər.

Daha sonra gənc gömrükçülər Abşeron, İpək-Yolu, Keşlə və Sahil gömrük postlarında olublar. Onlara malların boşaldılması prosesində gömrük nəzarətinin təşkili, malların Mərkəzi Gömrük Ekspertiza İdarəsinə göndərilməsi, gömrük aktının tərtib olunması və digər əməliyyatların həyata keçirilməsi qaydaları öyrədilib. Həmçinin hüquqpozmalarla bağlı faktlarla əyani şəkildə tanış olmaq, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, sıra hazırlığı və digər zəruri mövzular üzrə qazandıqları nəzəri bilikləri tətbiq etmək imkanı da yaradılıb, gömrük rəsmiləşdirməsinin təfərrüatları haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, xidmətə qəbul olunan yeni əməkdaşlar bundan əvvəl Komitənin Akademiyasında bir aylıq hazırlıq kursları keçiblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR