“Texniki tənzimləmə haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edilib

Milli Məclisin mayın 17-də  keçirilən plenar iclasında "Texniki tənzimləmə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb."Olaylar" xəbər verir ki, qanun layihəsi 4 fəsil, 18 maddədən ibarətdir.Bu qanun mallar (işlər, xidmətlər), onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.Texniki tənzimləmənin məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, malların rəqabət qabiliyyətliyinin artırılmasıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR