Azərbaycanda üçəmlərə Heydər, İlham və Arif adını qoydular

Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəlib.

Axşam.az "qafqazinfo"ya istinadən xəbər verir ki, mayın 10-da ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır. Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub.

Üçəmlər ümummilli lider Heydər Əliyevin ad günündə dünyaya gəldiyi üçün ailə onlara Heydər, İlham və Arif adlarını verib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır.

Bu, ananın ikinci hamiləliyidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR