Akademik Yusif Məmmədəliyevə həsr olunan müsabiqənin II mərhələsinə 31 şagird vəsiqə qazanıb

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar olaraq IX-X sinif şagirdləri arasında keçirilən "Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm" müsabiqəsinin I mərhələsinə yekun vurulub.

Müsabiqənin II mərhələsi mayın 26-da NKPİ-də saat 10:00-da keçiriləcək. Bu mərhələyə IX sinif üzrə 12, X sinif üzrə 19 şagird vəsiqə qazanıb. 

Qeyd edək ki, iştirakçılar mayın 26-sı saat 09:30-da qeydiyyatdan keçməlidirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR