Mübariz Qurbanlı qərb bölgəsində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 21-də saat 10:00-da Tovuz Rayon Heydər Əliyev Mərkəzində Tovuz və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək. "OLAYLAR" xəbər verir ki,  həmin tarixdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ağstafa və Qazax, sədr müavini Gündüz İsmayılov isə Gədəbəy rayon sakinləri ilə görüşəcək. Qəbullar Ağstafa Rayon Heydər Əliyev Mərkəzi və Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR