Prezidentin sərəncamı əsasında 300-ə yaxın vətəndaşa çıxarış verilib

Ölkə başçısının imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanı da vətəndaş məmnunluğuna, onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə,hazırda fərmanın icrası ilə bağlı işlər aparılır. Bu fərmana əsasən artıq 300-ə yaxın vətəndaşa mənzil üzərində çıxarışlar təqdim edilmişdir. Ümumiyyətlə, qeyd edilməlidir ki, bu sahədə tətbiq edilən yeniliklər, xidmətlərin modernləşdirilməsi əmlakların qeydiyyatının artmasına gətirib çıxarmışdır. 2019-cu ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 72.4 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 19.7 minə yaxını (27.2 faizi) ilkin, 52.7 minə yaxını isə  (72.8 faizi) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13.4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36.5 mini torpaq sahəsi, 1500-ə yaxını qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-ə yaxını isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR