Cari ildə 62.5 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb

Cari ilin yanvar-aprel aylarında 62.5 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilmişdir. "Olaylar" xəbər verir ki, bu müddətdə 15 minə yaxın ipoteka müqaviləsi, 1117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib. Bu il istifadəyə verilən Əmlak Xidmətləri Məkanında isə artıq 70 minə yaxın vətəndaş müraciəti qəbul edilib. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət haqqı və dövlət rüsumunun elektron qaydada, heç bir qeydiyyatdan keçmədən real vaxt rejimində öyrənməsinə imkan verən "Əmlakın qeydiyyatı kalkulyatoru"ndan ümumilikdə 30.5 mindən çox vətəndaş istifadə edib. Vətəndaşlara ünvanlarında qeydiyyat xidmətləri göstərən "Əmlakını qeydiyyat al və mülkiyyətinə sahib ol" kampaniyası da əhatə dairəsini genişləndirməkdədir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR