Vüqar Quliyevlə "Dünyaya mənəvi səyahət"

Mayın 26, saat 15:00 -da Premier Expo Hoteldə  "Dünyaya mənəvi səyahət" layihəsi təqdim ediləcək. ediləcək. Olaylar.az bildirir ki, layihənin məqsədi 10 ehtiyyaclı  ailəyə dəstək olmaq və seminar keçirməkdir.

Dünya ölkələrini səyahət etmək deyəndə çoxlarının ağlına böyük məbləğdə büdcə gəlir. Amma sən demə səyahət etmək üçün o qədər də yüksək məbləğə ehtiyac yoxdur. Məlumat üçün bildirək ki, yüksək məbləğdə başa gələn səfər ,turizm adlanır. Səyahət isə çox az pula, hətta as bucə ilə  də reallaşa bilər. Hər işdə olduğu kimi, səyahət etməyin də asan yolu var. İştirakçılara bu haqda məlumatı dünyanın 68 ölkəsini və 128 şəhərini gəzən, səyyah Vüqar Quliyev verəcək. Qonaqlar səyyaha səyahət zamanı qarşılaşa biləcəkləri problemlərə dair suallar verə bilərlər. 

1. Vizanı necə almaq olar

2. Dünya səyahəti üçün daha sərfəli yollar hansılardır.

3. İnsanları mehriban  və soyuqqanlı olan ölkələr.

4. Qitələrin içində daha maraqlısı hansıdır.

5. Azərbaycan haqqında hansı ölkələrin geniş məlumatı var.

Əgər sizin də bu kimi suallarınız varsa, qeydiyyatdan keçib seminarda iştirak edə bilərsiniz. 

Qeyd edək ki, seminarda iştirak üçün öncədən 5 AZN ödənilməlidir. "Dünyaya mənəvi səyahət" layihəsində  lotoreya da oynanılacaq və qaliblərə Vüqar Quliyevin dünya ölkələrinnən gətirdiyi hədiyyələr təqdim ediləcək.

Seminarda iştirak etmək istəyənlər Nigar xanımla (051) 653 - 31- 09 əlaqə yarada bilər. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR