“İslamda oruc ibadəti” mövzusunda seminar keçirilib

İlahiyyat İnstitutunda (Aİİ) fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun təqdimatında "İslamda oruc ibadəti" mövzusunda seminar təşkil olunub. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, Aİİ İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov tədbir iştirakçılarını salamlayaraq, ali təhsil müəssisəsində tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda ardıcıl təşkil olunan "dəyirmi masa"lar, seminarlar, treninqlər və görüşlərin xüsusi rol oynadığını bildirib.

"İslamda oruc ibadəti" mövzusunda çıxış edən Ə.Niyazov Ramazan ayı haqqında geniş məlumat verib. Bildirib ki, İslamdan əvvəl də oruc bütün ilahi dinlərdə mövcud olmuşdur. Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu diqqətə çatdıran Ə.Niyazov bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını qeyd edib. Ramazan ayı cəmiyyətin fərdləri arasındakı əlaqənin gücləndirilməsində də xüsusi əhəmiyyətə malikdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR