Bu şəxslər 30 saniyəyə viza ala biləcək - VİDEO

UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilmə müddəti 25-30 saniyəyə qədər azaldılıb.

Final oyununa bileti olan, eləcə də UEFA-da akkreditasiyadan keçən şəxslər hava limanında viza ala bilərlər.

Vizaların verilmə müddəti isə tam azaldılıb. Xidmət pəncərələrinin sayı da 2 dəfədən çox artırılıb.

Ümumilikdə, "ASAN viza" ilə bağlı təkmilləşdirmə işləri aparılır. Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli "ASAN Viza"lar veriləcək.

"ASAN Viza" sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizaların verilməsi həyata keçirilir. Bu sistemin fəaliyyətə başladığı 1 il ərzində Azərbaycana səyahət üçün müraciət edən 1 milyon 222 mindən çox əcnəbiyə viza verilib. Bura həm elektoron portal vasitəsilə, həm də hava limanlarında verilən vizalar daxildir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR