Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri beynəlxalq Qran-Pri yarışlarına dəstək verdi

Heydər Əliyev adına İdman Sarayında keçirilən "İBSA Judo Gran-Prix Baku 2019" beynəlxalq para cüdo yarışlarının təşkilinə Təhsil Nazirliyinin "BİR" tələbə-könüllüləri dəstək veriblər.

Olaylar.az bildirir ki, 40-a yaxın ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə 90-a yaxın yüksək dil biliyinə malik "BİR" tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması,mükafatlandırma mərasimi, tədbir məkanının təşkil olunması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli "BİR" koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək də verilib.

"İBSA Judo Gran-Prix Baku 2019" beynəlxalq para cüdo yarışlarının hər bir hissəsində iştirakçılar Təhsil Nazirliyinin "BİR" tələbə-könüllülərinin dəstəyindən faydalanıblar. Sonda bütün "BİR" tələbə-könüllülərə təşəkkür edilib və xatirə şəkli çəkilib.

Həmçinin "BİR" tələbə-könüllülər 16 mayadək yarış iştirakçılarının müşayiəti və ölkələrinə yola salınması ilə əlaqədar fəaliyyət göstərəcəklər.

Beynəlxalq turnirə təşkilati və könüllü dəstəyi Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı tərəfindən verilib.Tədbir üçün müraciət edən 350-dən çox tələbə-könüllü arasında xüsusi seçim və müsahibə mərhələsi keçirilib. Seçilən tələbə-könüllülər üçün Beynəlxalq turnirdən öncə təlim prosesi həyata keçirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR