Deputatımız TÜRK PA-nın tədbirinə qatılacaq

Milli Məclisin  deputatı Sevinc Hüseynova Türkdilli Ölkələrin Parlament Assambleyasının Sosial, mədəni və humanitar məsələlər komissiyasının 7-ci iclasda iştirak  etmək üçün  mayın 15-də Türkiyənin paytaxtı Ankara şəhərinə   səfərə gedəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə "BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri. TÜRKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyi" (qanunvericilikdə perspektivlər) mövzusunda hesabat dinləniləcək, tövsiyə qərarı qəbul ediləcək, komissiyanın 8-ci iclasının yeri, vaxtı, və gündəliyi təyin ediləcək. Deputatımız, habelə, TÜRKPA-nın 10 illik yubileyi münasibətilə Türkiyə Böyük Millət Məclisində təşkil olunmuş  fotosərgi və TÜRKPA-nın 10-cu ildönümü medallarının təqdimetmə mərasimlərinə qatılacaq. Səfər mayın 17-də başa çatacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR