Nazir müavinləri cənub bölgəsində qəbul keçirəcəklər

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 16-da Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavinləri Toğrul Musayev Lerik şəhərində (Mədəniyyət Mərkəzində) və Vilayət Zahirov Astara şəhərində (Heydər Əliyev Mərkəzində) ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcəklər. Nazirlikdən "Olaylar"a bildirilib ki, vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR