Nəsimi rayonunda növbəti səyyar qəbul keçirilib

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 4-cü mikrorayon H.Seyidzadə küçəsi 28 ünvanda növbəti  səyyar qəbul keçirərək sakinlərin müraciətlərini dinləyib. Mikrorayonda, o cümlədən Mir Cəlal, H.Seyidzadə, M. Kazımovski,   H.B. Əliyev, A.Mustafayev küçələrində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər. "Olaylar" xəbər verir ki, görüşdə sakinlər həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, məişət tullantıları qutularının yerinin dəyişdirilməsi, yaşıllqların suvarılması, damlardakı su çənlərinin yığışdırılması, mənzil növbəsi,  avtomobillərin həyətdə hərəkəti barədə təkliflər irəli sürüvlər.  

Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi stiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR