Şəki-Zaqatala bölgəsində onkoloji xəstəliklərin tibbi müayinələr aparılır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə ölkənin şimal-qərb bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq aprelin 26-dan ödənişsiz profilaktik tibbi müayinələr aparılır. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, Milli Onkologiya Mərkəzinin aparıcı həkim və mütəxəssislərinin cəlb edildiyi tədbirin əsas məqsədi şişönü və şiş xəstəliklərini erkən müayinə vasitəsilə aşkar edərək, vaxtında müalicəsini aparmaqdır. Bu məqsədlə bölgəyə Bakı şəhərindən səyyar mammoqrafiya, ultrasəs və rentgen müayinəsi avadanlıqları gətirilib.Skrininq proqramı çərçivəsində MOM-un səyyar həkim briqadaları aprelin 26-27-də Balakən rayonunda, aprelin 28-29-da Zaqatala şəhərində, 30 aprel-1 may tarixində isə Qax rayonunda olublar. Bu müddət ərzində böyük növbələrlə müşahidə edilən tədbir zamanı, ümumilikdə, 2842 nəfər onkoloji müayinədən keçib, onlardan 49-da şiş xəstəliyinə şübhə simptomları aşkarlanıb. Mayın 3-də Şəki Şəhər Mərkəzi Xəstəxanasında onkoloji xəstəliklər müəyyən edilmiş xəstələr üzərində Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən onkoloji əməliyyatlar aparılması planlaşdırılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR