Azərbaycanda məktəbli qız dünyaya uşaq gətirdi

Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin şagirdinin uşaq dünyaya gətirdiyi iddia edilib.

Bu barədə "Ölkə.Az"ın redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, məktəblinin Sumqayıt şəhər 1 saylı doğum evində dünyaya gətirdiyi uşaq tələf olub.  

İddialara aydınlıq gətirmək üçün 21 nömrəli məktəbin direktoru Vladim İbrahimovla əlaqə saxlanılıb.

Direktor belə bir hadisədən xəbərdar olmadığını bildirib.

1 saylı doğum evindən isə qeyd edilib ki, baş həkim Təranə Rəcəbli məşğul olduğu üçün sualları cavablandıra bilmir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR