Qənirə Paşayeva da qaz limitinin artırılmasını təklif edib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış edib. "Olaylar"ın məlumatına görə, millət vəkili qeyd edib ki, xüsusilə kəndlərdə, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar müraciətlərində təbii qaz limitinin artırılması xahişini edirlər. Q.Paşayeva əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq, onlara verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılmasının çox vacib olduğunu deyib və müvafiq qurumları bu məsələni diqqətdə saxlamağa çağırıb. Q.Paşayeva  həmkarı Fazil Mustafanın bununla bağlı təklifini dəstəklədiyini deyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR